“Allah səni bizə çox görməsin” Xanımından Miri Yusifə

27.10.2026

Icma.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

 Xalq artisti Miri Yusif ad gününü qeyd edir.

OLAY yazır ki, sənətçinin  həyat yoldaşı Nərgiz onunla bağlı danışıb:

“Ad günün mübarək, sevgilim! Üzümü güldürən, min bir nazıma dözən, hər zaman yanımda olanım... Allah səni bizə çox görməsin. Sənin hər zaman yüksəklərdən gələsən, uğurların bol, yolun daim açıq olsun! Yaxşı ki, varsan, yaxşı ki, mənimsən!”.

Nərgiz həmçinin  oğlunun da ad günü olduğunu bildirib:

“Biz bu gün qayınanamla bir-birimizə ən gözəl hədiyyələri vermişik. O mənə, mən də ona. Ad günün mübarək, Mircahidim. Evimizin nəşəsi, sevincimiz, üzümüzün gülüşü. Hər zaman sağlam, xoşbəxt, bəxtəvər olasan”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью