Allah sözü necə yazılmalıdır? Aqşin Yenisey

22.09.2026

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şair Aqşin Yenisey “Allah” sözünün böyük hərflə yazılması məsələsinə münasibət bildirib.

Gununsesi.info-nun xəbərinə görə, Aqşin Yenisey bu sözün böyük hərflə yazılmasını dil qaydaları baxımından düzgün hesab etmədiyini bildirib.

Müəllif fikirlərinə “Savadsız oxucularımız üçün məcburi və zəruri qeyd” başlığı ilə başlayıb.

O qeyd edib ki, “Allah” sözünün böyük hərflə yazılması ona şəxsiyyət və konkret varlıq obrazı yüklənməsi anlamına gəlir.

Yenisey dini dünyagörüşündə Allaha insan xüsusiyyətlərinin aid edilməsini də tənqid edib.

“Danışan, bağışlayan, mükafatlandıran, üz çevirən, lənətləyən, cəzalandıran allah fövqəlgücə sahib insandan başqa bir varlıq deyil”, – deyə o yazıb.

Aqşin Yenisey fikirlərində dilçiliklə dini məna arasındakı fərqə də diqqət çəkib.

Onun sözlərinə görə, qrammatik baxımdan “allah” sözü “insan” sözü kimi ümumi isim və anlayış kimi nəzərdən keçirilə bilər.

Müəllif fikirlərinim sonunda isə mövzuya ironik yanaşaraq dini inanclı oxuculara müraciət edib:

“Siz fanatı olduğunuz üçün “allah” sözünü böyük hərflə yaza bilərsiniz, amma əmin olun ki, bu sevginiz ona şəxsiyyət yüklədiyiniz üçün məhz allahın acığına gedəcək və sizi də cəhənnəmdə mənimlə eyni qır qazanında qaynadacaq”.

Qeyd edək ki, Aqşin Yenisey ədəbi yaradıcılığı ilə yanaşı, ictimai və dini mövzularla bağlı kəskin və ironik mövqeyi ilə də tanınır.

Elmar

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью