Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq. Xalq artisti Cəfər Namiq Kamal - 75 Belə bir maraqlı deyim var: “Aktyorlar, Ulu Tanrını
Onlar bir növ məbəddə olan kahinlər kimidir və Böyük Yaradanın arzularını, istəklərini insanlara göstərməklə, onların həyat müəllimləri olur
Bax, ona görə də aktyor sənəti müqəddəs sənətdir. Belə bir müqəddəs sənətdə çalışanlardan biri də Xalq artisti, Prezidentin Fərdi Təqaüdçüsü
Oxucular üçün daha maraqlı olsun deyə gəlin onun həyat tarixçəsinə qısa bir nəzər salaq.
Qısa arayış: Cəfər Namiq Kamal oğlu Əhmədov ( Namiq Kamal) 1950-ci ilin avqust ayının 17-də anadan olub.
Orta məktəbi bitirdikdən sonra 1972-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni–maarif fakültəsini bitirib.
Elə 1972-ci ildən də Milli Gənc Tamaşaçılar teatrında aktyor işləməyə başlayıb.
Teatrda işləməyə başladığı ilk ildən onun istedadlı olduğunu görən rejissorlar bir-birinin ardınca ona çoxlu rollar veriblər.