ALLAH YERƏ NƏZƏR EYLƏ Şeir

29.03.2025

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sözüm var sənə deyəsi,
Allah, yerə nəzər eylə.
Tanımayır it yiyəsin,
Gəl, bir özün güzar eylə.

Bəlkə lazım yeni öndər,
Ver əlinə qılınc göndər,
Bizi zorla haqqa döndər,
Ya da ki, göm, məzar eylə.

Çıxsın bəşər cəhalətdən,
Dünya yarad məhəbbətdən,
Ver bolluca səadətdən,
Xoşbəktlikdən bezər eylə.

Heç ömürü etmə hədəri,
Bilinsin insan qədəri,
Unutdur mənə kədəri,
Şən, bəxtəvər yazar eylə.

Şamil AZİZ

Çeboksarı

29.03.2025

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью