Allaha şərik qoşmayan...

14.02.2026

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hər bir insan öncə Allaha inanmalı və ondan kömək istəməlidir. " Quranı - Kərim" də buyurulur  ki, Allaha şərik qoşmaq  böyük günahlardandır.Müqəddəs kitabın " Fatihə " surəsinin   beşinci ayəsində buyurulur;" Yalnız mənə ibadət edin və yalnız məndən kömək istəyin".  

Amma çoxumuz Allahdan yox , peyğəmbərdən, imamdan, seyiddən  və başqa insanlardan  kömək istəyirik.Ziyarətgahlara gedib, oranı ağlaya- ağlaya ziyarət  edir, sonra da   ordan kömək diləyirik.Hələ üstəlik, nəzir - niyaz aparır , qurbanlıq kəsir və özümüzə , əzizlərimizə şəfa istəyirik.

Biz həmişə insanların inançına hörmətlə yanaşmışıq , bu gün də hörmətlə yanaşırıq. Və biz də o ocaqlara  gedib ziyarət eləmişik, ancaq ordan kömək ummamışıq. Elə o ocaqda Allahdan kömək istəmişik və qurban olduğum Yaradan da bizi heç vaxt darda qoymayıb, çətin vəziyyətdən çıxarıb! Çünki Allahdan başqa insana heç kəs kömək edə bilməz! Biz tərəfdə insanlar yola çıxanda, səfərə gedəndə  deyirlər:" Allah, Məhəmməd , ya Əli." Artıq bu Allaha şərik qoşmaqdı.

Yenə bir çoxları yalvarır:" Ya Həzrəti Abbas mənə  kömək ol!" Bax ,belə olanda yenə Allaha şərik qoşuruq! Və bizim- insanların bir kömək yerə var:Allah! Qoy Ulu Tanrı xalqımıza və bizə həmişə kömək olsun!!!

Emil FAİQOĞLU 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью