Allahşükür Paşazadə II İlyanın dəfninə gedir

20.03.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Katolikos-Patriarxı II İliyanın dəfn mərasimində iştirak edəcək.

Modern.az xəbər verir ki, bunu Allahşükür Paşazadə Təzəpir məscidində Ramazan bayramının başa çatması ilə əlaqədar qılınan bayram namazından sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ötən gün Gürcüstanın Azərbaycandakı səfirliyinə gedərək başsağlığı verib.
"II İlya mənim dostum olub. Ermənistan məsələsində o mənim yanımda olub. Allah ona rəhmət eləsin".
Gürcüstanın Katolikos-Patriarxı II İliyanın dəfn mərasimi martın 22-də keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью