Allahşükür Paşazadə Mavrikiyə gedir

22.06.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə "Dinlər Sülh Uğrunda" təşkilatının Mavrikidə keçiriləcək "Müştərək mübarək tərəqqiyə doğru yolların qurulması" mövzusunda toplantısında iştirak edəcək.

Modern.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Bildirilib ki, iyunun 23-26-da baş tutacaq səfər "Dinlər Sülh Uğrunda" təşkilatının baş katibi Dr. Frensis Kurianın dəvəti ilə həyata keçiriləcək.

Şeyxülislam ötən il "Dinlər Sülh uğrunda" təşkilatının Ümumdünya Şurasının həmprezidenti seçilib və builki toplantıda məhz bu statusda iştirak edəcək.

A.Paşazadə toplantının açılışında çıxış edəcək, "Süni intellekt - insan hüquqları, ləyaqəti və süni intellektin çoxdinli perspektivləri" sessiyasında moderator olacaq.

QMİ sədrinin beynəlxalq tədbir çərçivəsində bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью