Allahşükür Paşazadə qanvermə aksiyasına qoşulub

05.07.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Milli Məclisin deputatları, eləcə də ölkəmizdə fəaliyyət göstərən ayrı-ayrı dini icmaların nümayəndələri Aşura günü münasibətilə keçirilən qanvermə aksiyasına qoşulub.

APA xəbər verir ki, şeyxülislam, deputatlar- Hikmət Babaoğlu, Fazil Mustafa, Ceyhun Məmmədov, Fariz İsmayılov və Qüdrət Həsənquliyev qanvermə aksiyasında iştirak ediblər.

Xatırladaq ki, qanvermə aksiyası saat 16:00-a dək davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью