Allahşükür Paşazadə: Yeni Roma papası ilə görüşümüz nəzərdə tutulub

06.06.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni Roma papası ilə görüşümüz nəzərdə tutulub.

Apa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, yaxın vaxtlarda Müsəlman Ağsaqqal Şurasının Vatikanda görüşü olacaq:

"Vatikanda Roma papası Robert Frensis Prevostlə də görüşümüz nəzərdə tutulur. Ümidvaram ki, Azərbaycana da səfər edəcək", - deyə A. Paşazadə bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью