Allahşükür Paşazadənin ailəsinə itki üz verdi

03.04.2025

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin ailəsinə itki üz verib.

"Cebheinfo.az" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, şeyxülislamın qaynı Aqil İbrahimov vəfat edib.

Onun bir neçə gün bundan əvvəl qəfil ürəktutmasından dünyasını dəyişdiyi bildirilir. 

Bu gün Bakıda mərhumun Cümə axşamı mərasimi keçirilib.

Xatırladaq ki, 2013-cü ildə şeyxin daha bir qaynı Mətləb İbrahimov da qəfil ürək çatışmazlığından dünyasını dəyişib.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью