Allahşükür Paşazadənin oğlu işdən çıxarıldı

25.02.2026

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” sədrinin müşaviri vəzifəsindən azad edilib.

Lent.az "Manset.az"a istinadən xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Əfqan Cəlilovun müvafiq əmri ilə Məhəmməd Paşazadə sədrin müşaviri vəzifəsindən azad edilib.

Onunla bağlı qərar bir neçə gün bundan əvvəl verilib. 

Qeyd edək ki, Məhəmməd Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin (Şeyxin) oğlu, Milli Məclisin deputatı Cavanşir Paşazadənin qardaşı oğludur. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью