Allahverdiyeva növbəti qələbə

02.03.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Monteneqronun Petrovaç şəhərində 20 yaşadək şahmatçılar arasında dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, qızların yarışında Ayan Allahverdiyeva beşinci turda Amina Kairbakovaya (Qazaxıstan) qalib gəlib.

Azərbaycan şahmatçısı 4,5 xal toplayıb və yalnız əlavə göstəricilərə görə liderdən geri qalaraq ikincidir.

Açıq turnirdə isə Şiroğlan Talıbov və Xəzər Babazadə rəqiblərinə uduzaraq uğursuz tur keçiriblər. Talıbovun 3,5 xalı var və 15-ci yerdədir, Babazadə ondan 1 xal az toplayıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью