Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Araz-Naxçıvan”ın qış transfer pəncərəsindən istifadə edərək Əyyub Allaşla anlaşdığını xəbər vermişdik.
Futbolpress.az xəbər verir ki, Mərakeş əsilli belçikalı futbolçu artıq məşqlərdə iştirak edir.
O, keçidi ilə bağlı klubun mətbuat xidmətinə açıqlama verib: “Elmar müəllimi “Qəbələ”dən tanıyıram. Necə məşqçi olduğunu yaxşı bilirəm.
Komandamı dəyişmək, özümü yeni klubda sınamaq istəyirdim. Baş məşqçi yazdı ki, razılıq olsa, yenidən məni komandasında görmək istəyir.
Təklif gözlədiyim üçün menecerimlə bunu müzakirə etdik və yenidən Azərbaycana döndüyüm üçün xoşbəxtəm”.
27 yaşlı futbolçu Azərbaycan Premyer Liqasını izlədiyini bildirib: “Azərbaycan çempionatını izləyirdim.
Təklif gəldikdən sonra “Araz-Naxçıvan”ı bir qədər də incələdim. Komandanın turnir cədvəlindəki mövqeyi iddiasından xəbər verir.