Alleqri Milan dakı gələcəyindən DANIŞDI

21.04.2026

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Massimiliano Alleqri “Milan” komandanın baş məşqçisi vəzifəsində qalmaq niyyətində olduğunu açıqlayıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 58 yaşlı mütəxəssis "rossonerilər"lə əməkdaşlığını davam etdirmək planlarından danışıb.

"Gələcəyim “Milanla”dır. Burada yeni bir fəslə başladıq və birlikdə irəliləməyə davam edəcəyik", - Alleqri söyləyib. 

Qeyd etmək lazımdır ki, Alleqri bu mövsüm başlamazdan əvvəl “Milan”a qayıdıb. Məşqçinin klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Hazırda "rossonerilər" 66 xalla Seriya A-nın turnir cədvəlində ikinci yerdədir və beş tur qalmış lider "İnter"dən 12 xal geri qalır.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью