Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Alleqri "Milan"ın tarixinə belə düşdü
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
İtaliya A seriyasının 12-ci turunda "İnter"lə matç "Milan"ın baş məşqçisi Massimiliano Alleqri üçün əlamətdar olub.
QOL.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.
O, İtaliya təmsilçisi ilə bütün yarışlarda 100-cü qələbəsini qazanıb. Beləliklə, mütəxəssis "Milan"da 100 qələbə həddinə çatan 7-ci baş məşqçi olub.
Daha əvvəl bu uğura Karlo Ançelotti, Nereo Rokko, Fabio Kapello, Stefano Pioli, Nils Liedholm və Arriqo Sakki yiyələnmişdi.
Qeyd edək ki, Alleqri 30 may 2025-ci ildən "Milan"ı çalışdırır. O, daha əvvəl 2010-2014-cü illərdə də bu komandaya rəhbərlik edib.