Alleqri Premyer Liqa klubunu çalışdıra bilər

04.12.2024

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Yuventus”un sabiq baş məşqçisi Massimiliano Alleqri İngiltərədə işləyə bilər.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “Vest Hem”in maraq dairəsindədir. Bu barədə “Calciomercato” nəşri məlumat yayıb.

“Vest Hem”i hazırda Xulen Lopeteqi çalışdırır. Komanda Premyer Liqada ardıcıl iki oyunda uduzub və bu, rəhbərliyi narahat edir. Klub Lopeteqini istefaya göndərsə, onun yerinə əsas namizəd Alleqridir.

İtaliyalı mütəxəssis bu ilin mayından işsizdir. Onun son ünvanı “Yuventus” olub.

Böyük beşlik, Əsas xəbərlər Alleqri istefaya göndərildi

17 May 2024, 19:48

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью