Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Milan”ın baş məşqçisi Massimiliano Alleqri A Seriyasının XXII turunda “Roma”ya qarşı keçirdikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Oyunun ilk 6-7 dəqiqəsini yaxşı oynadıq. Sonra “Roma” əks-hücumlara başladı. Topu saxlamaqda çətinlik çəkdik və səhvlər etməyə başladıq. Qapıçımız Mayk Menyan həmin anlarda xilaskara çevrildi.
İkinci hissədə oyunumuzu təkmilləşdirdik. İrəli çıxdıq, hesabı qorumağa çalışdıq. Lakin ani penalti qərarı oyunun taleyini həll etdi”.