Alleqri və Milan razılığa gələ bilmir

06.06.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Alleqri və "Milan" razılığa gələ bilmir

Massimiliano Alleqri "Milan"la müqavilənin vaxtından əvvəl ləğvi ilə bağlı razılığa gələ bilmir.

QOL.az xəbər verir ki, "Calciomercato" nəşrinin məlumatına görə, tərəflər arasındakı danışıqlar dalana dirənib. Alleqri təzminat olaraq özünə 2 milyon avro, məşqçilər korpusuna isə əlavə 3 milyon avro ödənilməsini tələb edir.

"Milan" rəhbərliyi bu məbləğləri yüksək hesab etsə də, müqavilənin ləğvi nəticəsində ümumilikdə 16-17 milyon avro qənaət edə biləcəyini düşünür. Buna baxmayaraq klub hələ də daha aşağı rəqəm üzərində razılaşmağa çalışır.

Eyni zamanda Alleqri ilə "Napoli"nin də maraqlandığı və tərəflərin illik 4,5 milyon avro maaşla ikiillik müqavilə şərtlərini razılaşdırdığı bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью