Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Milan”ın baş məşqçisi Massimiliano Alleqri A Seriyasında “Yuventus”la heç-heçə etdikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:0 hesabıyla bitən matçla bağlı bunları deyib6
“İlk hissə bərabər keçdi. Fasilədən sonra həm rəqibin, həm də bizim şanslarımız oldu. Qapıçımız Menyan kritik seyvlə də yadda qaldı. Bir xal qazandıq, amma daha yaxşısını edə bilərdik. Bəzi anlarda daha aqressiv olmalıydıq”.
“Milan” 6 turdan sonra 13 xalla 3-cü sıradadır. “Yuventus” isə 12 xalla 5-cidir.