Alleqrini əvəzləməyə ən real namizəd bilindi Bu gün Milan rəhbərliyi ilə görüşəcək

02.06.2026

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

UEFA Çempionlar Liqasına vəsiqə qazana bilmədiyi üçün Massimiliano Alleqri ilə vidalaşan "Milan" yeni baş məşqçi axtarışlarını davam etdirir. 

Fanat.Az xəbər verir ki, bu posta əsas namizədlərdən biri müəyyənləşib.

Tanınmış insayder Nikolo Skiranın şəxsi "X" hesabı üzərindən yaydığı məlumata görə, "qırmızı-qaralar"ın rəhbərliyi bu gün "Kristal Pelas"ın çalışdırıcısı Oliver Qlasnerlə görüşəcək. Mənbə İngiltərə təmsilçisi ilə İngiltərə Kubokunun, ölkə Superkubokunun və UEFA Konfrans Liqasının qalibi olan mütəxəssisin Alleqrini əvəzləmək ehtimalının yetərincə yüksək olduğunu vurğulayıb.

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью