Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Sabah”ın Çempionlar Liqasındakı rəqiblərindən “Napoli”nin baş məşqçisi Massimiliano Alleqri turnirdəki hədəflərini açıqlayıb.
Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis minimum 12 xal qazanmalı olduqlarını deyib:
“Növbəti mərhələyə vəsiqəni təmin etmək üçün azı 12 xal lazımdır. Bizi maraqlı rəqiblər gözləyir. Onlar arasında turnirin favoritləri də var. İlk oyun “Arsenal”a qarşı olacaq və onlar möhtəşəm heyətə sahibdirlər. Hər oyunda özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq”.
“Napoli” – “Arsenal” oyunu bu gün keçiriləcək. Matça saat 23:00-da start veriləcək.
“Sabah” ilə neapollular arasındakı görüş 7-ci turda, 2027-ci ilin yanvarında baş tutacaq.