Alleqrinin yeni klubu bəlli oldu İdmanXəbər

17.01.2025

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.

İtaliyalı məşqçi Massimiliano Alleqrinin yeni iş yeri müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, 57 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun baş məşqçisi olacaq. Artıq tərəflər arasında razılıq əldə olunub.

Bildirilir ki, italiyalı məşqçi 2025-ci ilin iyunundan komandaya rəhbərlik edəcək. O vaxta qədər isə klub idarəçiləri müvəqqəti baş məşqçi təyin edəcəklər.

Qeyd edək ki, Alleqri ötən ilin may ayından işsizdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью