Allergiyalı uşaqların qidalandırılması | Icma.az
Icma.az, Saglamolun portalına istinadən məlumat verir. Uşağınızda hansı növ allergiyanın (qida və ya hər hansı digər) olmasından asılı olmay
Qida allergiyası olan uşaqlarda allergik reaksiyaya səbəb olan bütün qidalar onun rasionundan çıxarılmalıdır.
Təəssüflər olsun ki, bir çox hallarda valideynlər bu və ya digər qidaya (süd, yumurta, bal və s.) qarşı uşaqlarında allergiya olduğunu bilsələr də, “xeyirli” qida hesab olunduğu üçün onları az miqdarda da olsa uşaqlarına verməyə davam edirlər.
Burada qəti şəkildə qeyd etmək lazımdır ki, allergiya xəstəliyi uşaqda çox kiçik yaşlarından başlamışsa və bir neçə orqanı zədələmişsə, uşağa allergiyaya səbəb olan qidaları hətta ən az miqdarda belə vermək olmaz!
Xəstəlik daha böyük yaşlarda və bir qayda olaraq, mədə-bağırsaq xəstəliklərindən sonra inkişaf etmiş olarsa, allergiyaya səbəb olan qidaların az miqdarda qəbulu uşağa zərər vurmaya bilər.
Bu zaman yalnız həmin qidanın uşaqda allergiya törətdiyi “kritik” miqdarını bilmək tələb olunur.
Məsələn, ana bilir ki, uşaq 1 portağal yeyərsə, heç nə baş verməyə bilər, 2 portağal yeyərsə, bu onda allergiyaya səbəb olur.
Demək, bu halda valideynlər hər vasitə ilə uşağa 2-cini yeməyə imkan verməməlidirlər.
Tam oxu
Xəbəri oxu