“Allians Arena” bir oyunluq adını dəyişir

15.05.2025

Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

 UEFA Çempionlar Liqası finalının keçiriləcəyi  “Allians Arena” stadionunun adı dəyişdiriləcək

İdmanxeber.az-ın məlumatına görə, arenanın bir oyunluq adı dəyişir.  Mayın 31-də Çempionlar Liqasının finalı zamanı stadion “Arena Münhen” adı ilə təqdim olunacaq.

UEFA qaydalarına görə, təşkilatın rəsmi sponsorları sırasına daxil olmayan şirkətlərin loqotipləri turnir zamanı reklam edilə bilməz. Bu səbəbdən “Allians ” loqosu stadiondan çıxarılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью