Alma ixracının həcmi azalıb, dəyəri isə yüksəlib

12.08.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2026-cı ilin ilk 6 ayında Azərbaycandan 47 867,55 ton alma ixrac edilib.

“Yeni Sabah” xəbər verir ki, ötən ilin eyni dövründə bu göstərici 50 621,37 ton olub.

Beləliklə, alma ixracının həcmi illik müqayisədə 5,4% azalıb. pizza hut

Bununla yanaşı, ixracın statistik dəyəri 35,56 milyon ABŞ dollarından 38,95 milyon dollara yüksəlib. Bu isə 9,5% artım deməkdir.

Yəni Azərbaycan bu ilin ilk 6 ayında daha az həcmdə alma ixrac etsə də, ondan əldə olunan ixrac dəyəri artıb.

Cəlalə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью