Alma yüklü TIRda narkotik AŞKARLANDI | Icma.az
Icma.az, Modern.az portalına istinadən məlumat yayır. Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyat-axtarış və g
Bu barədə Modern.az-a Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “alma” yükü aparan nəqliyyat vasitəsinə “Cənub-Astara” gömrük postunda kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.
"Xidməti it nəqliyyat vasitəsinin qoşqusundakı 4 paletə reaksiya verib.
Yoxlama zamanı həmin paletlərdəki yeşiklərdə üzəriləri alma yükü ilə örtülməklə gömrük nəzarətindən gizlədilən 126 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 78 kiloqram 332 qram narkotik vasitə - marixuana aşkar edilib",- deyə məlumatda bildirilib.
Faktla bağlı araşdırma aparılır. Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu