“Alma” yükündə 32 kqa yaxın marixuananın ölkə ərazisindən keçirilməsinin qarşısını alıb AzPolitika onlayn siyasiictimai qəzet

02.12.2024

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “alma” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilərkən 31 kq 805 qr narkotik vasitə - marixuana aşkar olunub.

Məlumata görə, yoxlamaya nəqliyyat vasitəsinin qoşqusunun təsvirlərində şübhəli cizgilər müşahidə olunduğundan yük kinoloji xidmət iti cəlb edilib.

Yoxlama zamanı xidməti itin reaksiyasına əsasən 12 paletin altlığında gömrük nəzarətindən gizlədilmiş düzbucaqlı formalı 105 bağlamada xalis çəkisi 31 kq 805 qr narkotik vasitə - marixuana aşkar olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью