Alman deputat həmin tvitini SİLDİ

05.01.2025

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniya Bundestaqının deputatı Roderix Kizevetter Sosial Demokrat Partiyasının (SPD) tələbi ilə kansler Olaf Şoltsun Moskvaya gedəcəyi ilə bağlı “X” platformasındakı paylaşımını silib. 

Avtosfer.az bu barədə “Ria Novosti”yə istinadən xəbər verir.

Qeyd edək ki, R.Kizevetter Şoltsun fevralın 23-dən, yəni ölkədə keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərindən əvvəl Rusiya Prezidenti Vladmir Putinlə görüşmək üçün Moskvaya səfər edəcəyi ilə bağlı paylaşım etmişdi.

Lakin sonradan Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Olaf Şoltsla görüş  planlaşdırmadığını açıqlamışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью