Alman deputat: Rusiya ilə müharibə aparırıq!

13.07.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Berlin getdikcə daha çox Ukraynadakı münaqişəyə cəlb olunur və özünü Moskva ilə birbaşa qarşıdurma riski ilə üz-üzə qoyur.

Axar.az xəbər verir ki, bunu Bundestaq deputatı Markus Fronmayer deyib.

"Cəlbolunma səviyyəsi durmadan artır. NATO sammitinə və alman siyasətçilərinin bəyanatlarına baxanda belə təəssürat yaranır ki, sanki biz artıq demək olar ki, Rusiya ilə müharibə və ya münaqişə vəziyyətindəyik",- o bildirib.

Fronmayer ölkəsinin münaqişəyə cəlb olunmasını istəmədiyini vurğulayıb:

"Ukrayna üçün təhlükəsizlik təminatlarının verilməsi Almaniyanın vəzifələrinə daxil deyil. İlk növbədə Almaniyanın maraqlarını düşünməliyik. Və biz almanlar ruslarla birbaşa qarşıdurma vəziyyətinə düşmək istəyirikmi?".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью