Alman deputat Tranpla Putinin danışığını Avropanın alçaldılması adlandırdı | Icma.az
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Almaniya Bundestaqının müdafiə komitəsinin sədri Mari-Agnes Strack-Zimmermann ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putinin söhbətini “Avropa üçün alçaldıcılıq” adlandırıb.
Redaktor.az xəbər verir ki, onun sözlərini NTV kanalı sitat gətirir.
Onun sözlərinə görə, iki lider arasında söhbətdə qəbahət yoxdur, lakin Avropa kimi Ukrayna da Trampın Putinlə əlaqə qurmaq planlarından xəbərdar olmayıb.
O, hesab edir ki, ABŞ prezidenti Ukrayna ilə bağlı “onun və avropalıların iştirakı olmadan” danışıqlar aparmaq istəyir.
“ Olaf Şolzun rəhbərliyi altında Almaniya da əsl dönüş nöqtəsini tamamilə həyata keçirə bilmədi.
İndi biz bunun əvəzini ödəyirik" - Strack-Zimmermann təəssüflənib.
Fevralın 12-də Donald Tramp və Vladimir Putin danışıqlar aparıb və şəxsən görüşmək barədə razılığa gəliblər.
Tam oxu
Xəbəri oxu