Alman fanatların çılğınlığı da “Ayntraxt”ı məğlubiyyətdən qurtarmadı Video

22.01.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qarabağ”a 2:3 hesabı ilə uduzan Almaniyanın “Anytraxt” klubunun azarkeşləri UEFA-nın qadağasına baxmayaraq ötən gecə Bakıdakı matçı izləyib.

“Qafqazinfo” xəbər verir ki, 100-ə yaxın azarkeş Tofiq Bəhramov adına Respublika Stadionunda öz yerini alıb. 

Onlar açıq-aşkar fanatlıq etməsələr də, komandalarını meydanda dəstəkləyə biliblər. Maraqlıdır ki, qonaq azarkeşlər üçün sektor ayrılmasa da, frankfurtlular Respublika stadionunda daim səfər komandalarının fanatlarının yer aldığı tribunada toplaşıblar. 

Böyük ehtimalla UEFA onlara buna görə daha bir cəza verəcək. 

“Ayntraxt” fanatları ilk dəfə deyil ki, bunu edirlər. Onlar ötən il Çempionlar Liqasının 6-cı turunda “Barselona” ilə qarşılaşmada etdikləri ilə də gündəm olmuşdular. “Nou Kamp” stadionunda keçirilən matça fankfurtlular 30 minə yaxın bilet almışdılar. Nəticədə onlar meydanda katalon azarkeşlərdən daha çox idilər. Məhz bu da “Barselona” fanatlarının narazılığına səbəb olmuşdu. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью