Alman futbolçu DÇ 2026 nı buraxacaq

06.06.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Alman futbolçu DÇ-2026-nı buraxacaq

"Bavariya" və Almaniya millisinin yarımmüdafiəçisi Lenart Karl zədə səbəbindən DÇ-2026-nı buraxacaq.

QOL.az xəbər verir ki, 18 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

"Haradan başlayacağımı belə bilmirəm, amma ən vacib turniri buraxmaq mənim üçün dözülməz dərəcədə ağrılıdır. Dünya kubokuna hazır olmaq üçün əlimdən gələni etdim. Təəssüf ki, zədələr çox vaxt ən uyğun olmayan vaxtlarda baş verir".

Gənc futbolçu millinin ötən gün keçirilən məşqində zədə alıb və xəstəxanaya aparılıb. Onda əzələ yırtığı aşkar edilib.

Lenat Karlı "Leyptsiq"dən Assane Uedraogonun əvəz edəcəyi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью