Alman hücumçuya 60 milyon avro qiymət qoydular

13.11.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Belçikanın “Brügge” klubunun futbolçusu Nikolo Tresoldi qışda komandanı tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, “Milan”, “Bavariya” və bir neçə İngiltərə təmsilçisi 22 yaşlı hücumçunu transfer etmək istəyir. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb.

“Brügge” futbolçu üçün 60 milyon avro tələb edir.

Tresoldi bu mövsüm 17 oyunda 11 qol vurub. Onun “transfermarkt”da dəyəri 35 milyon avrodur. Alman futbolçunun “Brügge” ilə müqaviləsi 2029-cu ilin yayına kimidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью