Alman kəşfiyyatı “Google Cloud”dan istifadə edəcək

29.10.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

Almaniyanın üç əsas kəşfiyyat qurumu məxfi sənədlərin təhlükəsiz mübadiləsi üçün “Google”un internetdən təcrid olunmuş bulud sistemindən istifadə etməyi planlaşdırır.

APA xəbər verir ki, “ND-Cloud” adlandırılan sistem Almaniyanın daxili və xarici kəşfiyyat xidmətləri, eləcə də hərbi kəşfiyyat tərəfindən istifadə olunacaq.

Məlumatlar Almaniya ərazisində saxlanılacaq və “Google”un onlara çıxışı olmayacaq.

Layihə təhlükəsizlik və ABŞ texnologiyalarından asılılıqla bağlı suallar doğursa da, sistemin internetə birbaşa qoşulmadan işləməsi nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью