“Alman maşını” üçün sonuncu sınaq

25.06.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

DÇ-2026-da qrup mərhələsinin oyunları davam edir.

“Qafqazinfo” xəbər verir ki, turnirin iddialı komandalarından olan Almaniya millisi bu gecə qrupdakı üçüncü və sonuncu oyununa çıxacaq.

“Bundestim” növbəti mərhələ sınağında Cənubi Amerika təmsilçisi Ekvador kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Qeyd edək ki, Almaniya yığması qrupda keçirdiyi ilk iki oyunda uğurlu nəticə qazanaraq pley-offa (1/16 finala) vəsiqəni vaxtından əvvəl təmin edib. Bugecəki oyun isə qrup liderinin kimliyini müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır.

Dünya çempionatı

Qrup mərhələsi, üçüncü tur

00:00. Ekvador - Almaniya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью