Alman mütəxəssis “Real”ın təklifini qəbul etmədiyinə görə təəssüflənir

05.05.2025

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp "Real"ın təklifini rədd etdiyinə görə təəssüflənir. Sport24.az "Marca"ya istinadən xəbər verir ki, bir neçə həftə əvvəl Klopp "Kral klubu"ndan aldığı təklifi geri çevirib.

Mənbənin sözlərinə görə, Klopp indi tələsik qərar verdiyinə və təklifdən imtina etdiyinə görə təəssüflənir. Madrid klubunun artıq hazırda "Bayer"i çalışdıran Xabi Alonso ilə razılığa gəldiyi söylənilir.

Qeyd edək ki, artıq neçə vaxtdı ki, Karlo Ançelottinin mayın son həftəsində klubdan ayrılacağını açıqlayacağı ilə bağlı xəbərlər dolaşır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью