Alman nazir: “Trampın tələb etdiyi kimi Rusiya G7 yə qəbul edilməyəcək”

25.02.2025

Icma.az bildirir, Bizim media portalına istinadən.

“ABŞ Prezidenti Donald Trampın tələb etdiyi kimi Rusiya G7-yə qəbul edilməyəcək”.
Bizim.Media xəbər verir ki, bunu Almaniyanın maliyyə naziri Yorq Kukis bildirib.
 

"G7-nin Rusiyanın təcavüzkar müharibəsini pisləməsi çox aydındır, xüsusən də Rusiyanın qəddar hücumunun üçüncü ildönümündə bunu bir daha təsdiq etdi. Odur ki, Rusiyanın G7-yə qəbul edilməsi mümkünsüzdür", - deyə siyasətçi vurğulayıb.


O əlavə edib ki, Trampın təklifi lazımi yekdilliyi qəbul etməyəcək.
Kukis bildirib ki, G7 Ukraynanın bərpası üçün Avropada dondurulmuş Rusiyanın 300 milyard dollarlıq aktivlərindən istifadəyə dair uzunmüddətli təklifləri müzakirə edə bilər.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью