Alman professor: Bakı üçün Orta Dəhlizin əhəmiyyəti tranzit sərhədlərini aşır

08.04.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 aprel, AZƏRTAC

Almaniyanın Köln Universitetinin beynəlxalq münasibətlər və geosiyasət üzrə professoru Klemens H. Fişer AZƏRTAC-a bildirib ki, Azərbaycanın coğrafi mövqeyi Orta Dəhlizin daha da inkişafı və ölkənin əsas regional tranzit mərkəzi kimi rolunun gücləndirilməsi üçün əlverişli şərait yaradır.

Ekspert hesab edir: “Əgər Azərbaycan uzunmüddətli perspektivdə istifadəçilər üçün tranzit şəbəkəsinin neytrallığını inandırıcı şəkildə nümayiş etdirə bilsə, bu, onun sırf nəqliyyat funksiyasından kənarda əlavə müsbət təsirinə səbəb olacaq”.

Onun sözlərinə görə, mərkəz kimi rolunu diqqətlə və strateji cəhətdən gücləndirən Azərbaycan ortamüddətli perspektivdə geosiyasi əhəmiyyətini nəinki möhkəmləndirə, həm də genişləndirə bilər.

“Enerji təchizatının sabitliyi ilə bağlı qlobal qeyri-müəyyənlik Azərbaycana beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi özünü göstərmək fürsəti yaradır”, -deyə Fişer vurğulayıb.

Müəllif - Pərvanə Qafarova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью