Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Almaniya mətbuatında tənqid olunub.
Redaktor.az xəbər verir ki, Almaniyanın “Berliner Zeitung” qəzeti Kallası Avropa İttifaqı tarixində ən böyük səhvlərdən biri adlandırıb.
Nəşr onu Ukrayna münaqişəsinin həlli ilə bağlı diplomatik danışıqlarda real iştirak etməməsinə görə tənqid edib. Bildirilib ki, Kallas diplomatik prosesdən kənarda qaldığı halda, Finlandiya və Norveç liderləri münaqişənin başa çatdırılması yollarını müzakirə etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə müstəqil şəkildə əlaqə saxlayıblar.
Qəzet Norveçin Baş naziri Yonas Qar Störenin də fikirlərinə yer verib. O bildirib ki, dörd ildir Avropa İttifaqının nə müraciəti, nə də münaqişənin həlli ilə bağlı planı var.
Nəşrin yazdığına görə, Kallas Moskva, Vaşinqton və Pekində mühüm danışıqlar tərəfi kimi qəbul edilmir. Onun Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında keçirilməsi gözlənilən üçtərəfli danışıqlarda iştirakının da nəzərdə tutulmadığı bildirilir.
Aytəkin TOFİQQIZI