Alman təyyarəsi hava boşluğuna düşdü: yaralılar var

13.11.2024

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyanın “Lufthansa” aviaşirkətinin Argentinanın paytaxtı Buenos-Ayresdən Frankfurta uçan “Boinq 747-8” təyyarəsi Atlantik okeanı üzərində turbulent zonaya düşüb.

Bakupost.az xəbər verir ki, hadisə nəticəsində 11 nəfər yaralanıb.

Xəsarət alanlardan 6-sı heyət üzvü, 5-i sərnişindir.

Təyyarə endikdən sonra yaralılar xəstəxanaya göndərilib.

“Lufthansa” səlahiyyətliləri heç bir uçuş təhlükəsizliyi probleminin olmadığını bildiriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью