Alman xüsusi xidmət orqanları casusluq hallarının artdığını açıqladı

17.08.2026

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son dövrlərdə Almaniyada xarici casusların fəaliyyətinin aktivləşdiyi bildirilir.

Qaynarinfo xəbər verir ki, “Frankfurter Allgemeine Zeitung” (FAZ) Almaniya xüsusi xidmət orqanlarının məlumatlarına istinadən yazıb ki, ölkədə Rusiya, Çin və İranın xeyrinə casusluq hallarının sayı artır.

Qəzetə Hessen əyalətinin Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarəsinin (BfV) yerli bölməsindən bildirilib ki, təkcə 2025-ci ildə bu əyalətdə Rusiyanın xeyrinə təxminən 1,8 min casusluq halı qeydə alınıb. BfV cari ildə bu göstəricinin daha da artaraq təxminən 2,1 minə çatacağını gözləyir.

Məlumata görə, Almaniyada Çin və İranın xeyrinə həyata keçirilən casusluq hallarının sayında da artım müşahidə olunur.

Avqustun 12-də Almaniya hakimiyyəti ölkənin daxili və xarici kəşfiyyat xidmətlərində genişmiqyaslı islahat aparılacağını açıqlayıb. İslahat çərçivəsində xüsusi xidmət orqanlarının əməliyyat imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsi, o cümlədən şübhəli şəxslərin gizli dinlənilməsi və onların kompüter sistemlərinə sızılmasına imkan verilməsi nəzərdə tutulur.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью