Almanın üzərinə bir çimdik əlavə edin: faydası birə beş artır

24.11.2026

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Meyvə istehlakında fərqli yanaşma kimi gündəmə gələn alma və duz birləşməsi həm dad balansına, həm də həzm prosesinə təsir edir.

Milli.Az xəbər verir ki, qida mütəxəssislərinin qeyd etdiyi əsas məqamlar bunlardır:

Şirinlik və dad balansı: Duz dildəki turşməzə dad qəbulunu tarazlayaraq almanın tərkibindəki təbii meyvə şəkərinin daha aydın hiss olunmasına kömək edir. Xüsusilə bərk və yüngül turş almalarda turşuluğu yumşaldaraq dadı daha şirin və şirəli göstərir.

Həzm və qaralmanın qarşısının alınması: Dilimlənmiş almanın üzərinə səpilən az miqdarda duz ağızdakı həzm fermentlərini və mədə turşusu ifrazını stimullaşdırır, lifli quruluşun daha rahat həzm olunmasına dəstək verir. Eyni zamanda dilimlərin hava ilə təmasda tez qaralmasının qarşısını alır və vitaminlərin qorunmasına kömək edir.

Miqdara diqqət: Mütəxəssislər bu təsir üçün böyük miqdara ehtiyac olmadığını, dilimlərin üzərinə yalnız bir çimdik qaya duzu səpməyin kifayət etdiyini vurğulayırlar. Almadakı kalium ilə duzdakı natrium isə orqanizmdə maye balansına dəstək verir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью