Almaniya 2024cü ildə 11 milyard avro dəyərində silah ixrac edib

18.11.2024

Operativmedia saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Almaniya 2024-cü ildə 11 milyard avro dəyərində silah ixrac edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Almaniya Bundestaqının Beynəlxalq Siyasət Komitəsinin üzvü Sevim Dağdelen məlumat verib.

O, bildirib ki, 2023-cü ildə Almaniya səlahiyyətliləri rekord məbləğdə — 12,2 milyard avro dəyərində silah tədarükünə icazə veriblər.

Qeyd olunub ki, ixracın artımı ilk növbədə Kiyevə silah tədarükü ilə bağlıdır. Almaniya bu ilin birinci yarısında Ukraynaya 4,9 milyard avro məbləğində hərbi məhsulların ixracına icazə verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью