Almaniya 4 ədəd sualtı qayıq alır

20.12.2024

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.


Almaniya 4 ədəd sualtı qayıq alacaq.
Missiya.Az 
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi bildirib.

Qeyd edilib ki, Almaniyanın Büdcə Komitəsi “ThyssenKrupp Marine Systems” tərəfindən 4,7 milyard avro dəyərində müqavilə ilə inşa olunan 4 sualtı qayığın alınmasına razılıq verib. Almaniya müdafiə naziri Boris Pistorius bildirib ki, satınalma komitə tərəfindən təsdiqlənən müdafiə və avadanlıq layihələri üçün 25 milyon avro dəyərində 38 təklif arasında olub. Pistorius əlavə edib ki, bu il 97 belə təklif təsdiqlənib.

Zərintac Mayisqızı
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью