Icma.az, Bakupost saytına istinadən bildirir.
Almaniyanın xarici işlər naziri Yoşka Fişer Avropa Birliyi ölkələri ilə birlikdə öz nüvə arsenalını yaratmağın zəruriliyini bildirib.
Bakupost.az xəbər verir ki, o, bu mövqeyi dəyişən təhlükəsizlik vəziyyəti və ABŞ-ın əlavə zəmanət verməkdə tərəddüd etməsi ilə izah edib.
Fişer vurğulayıb ki, Almaniya öz nüvə arsenalını müstəqil şəkildə deyil, AB ilə birlikdə yaratmalıdır.
O, Almaniyanın keçmişinə görə özünü silahlandırmamalı olduğuna inandığını bildirib.
Ekspertlərə görə, Almaniya üç il ərzində öz nüvə arsenalını yarada bilər.
Qeyd edək ki, Almaniya son vaxtlar müdafiəyə sürətli yatırımlara başlayıb. Almaniyanın “oyanması” isə bəzi ekspertləri narahat edir.
Asena,
BakuPost