Almaniya açıqladı: Putin və Zelenski görüşməyəcək

28.08.2025

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında görüş baş tutmayacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz bildirib.

“Zelenski ilə Putin arasında heç bir görüş olmayacaq,” – deyə Merz qeyd edib.

Bildirilib ki, Putinin Zelenski ilə görüşmək ehtimalı azdır, çünki bu, sonuncuya siyasi legitimlik verəcək, həm də Kremlin ABŞ Prezidenti Donald Trampla qarşılıqlı əlaqə strategiyasına təsir göstərəcək.

Donald Tramp deyib ki, Vladimir Putin və Zelenski arasında potensial görüş nəticəsiz ola bilər. O, iki liderin yaxşı anlaşa bilmədiklərini etiraf edib.

Tahir Turan
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью