Almaniya Aİ də köklü islahat təklif ETDİ

20.10.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyası Avropa İttifaqının idarəetmə sistemində köklü islahatlar aparılmasını təklif edib. Partiya Avropa Parlamentinə birbaşa seçkilərin ləğvini, Avropa Komissiyasının səlahiyyətlərinin məhdudlaşdırılmasını və qərarların qəbulunda milli hökumətlərin rolunun artırılmasını istəyir.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Politico” nəşri partiyanın proqram sənədinə əsasən məlumat yayıb.

Nəşrin məlumatına görə, AfD-nin lideri Alisa Vaydel oktyabrın 21-də Avropa Parlamentində “Suveren xalqlar, ortaq Avropa” adlı planı təqdim edəcək.

Sənəddə Avropa Parlamentinə birbaşa seçkilərin ləğv edilməsi və deputatların milli parlamentlər tərəfindən təyin olunan nümayəndələrlə əvəzlənməsi təklif olunur. Partiya həmçinin Avropa Komissiyasının səlahiyyətlərinin yalnız inzibati funksiyalarla məhdudlaşdırılmasını, əsas qərarların isə milli liderlər tərəfindən qəbul edilməsini istəyir.

Təkliflər arasında Avropa İttifaqı Məhkəməsinin hökumətlər arasında mübahisələri həll edən arbitraj qurumu ilə əvəzlənməsi də var.

Maliyyə sahəsində AfD Avropa İttifaqının büdcəsinin əhəmiyyətli dərəcədə azaldılmasını və gələcəkdə büdcənin artımına məhdudiyyətlər qoyulmasını təklif edir. Plan Avropa institutlarında çalışanların sayının artırılmasının dondurulmasını, bəzi agentliklərin ləğvini, eləcə də ƏDV-dən və plastik tullantılara görə yığımdan əldə olunan vəsaitlərin Aİ büdcəsinə yönəldilməsindən imtina edilməsini nəzərdə tutur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью