Almaniya altıncı IRIST sistemini ilin sonuna qədər Kiyevə təhvil verəcək

14.11.2024

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniya kansleri Olaf Şolts Vladimir Zelenski ilə telefon danışığı zamanı Kiyevin növbəti IRIS-T hava hücumundan müdafiə sistemini ilin sonuna kimi alacağını bildirib.

APA xəbər verir ki, bu barədə Zelenskinin mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.

“Planlaşdırılan IRIS-T hava hücumundan müdafiə sistemlərinin altıncısı bu ilin sonuna qədər Ukraynaya gələcək”, - mətbuat xidməti kanslerin sözlərindən sitat gətirib.

Məlumata görə tərəflər müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsi məsələsini də müzakirə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью