Almaniya antisemitizmə görə insanları deportasiya etməyə başlayıb

08.04.2025

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Berlində yaşayan iki İrlandiya vətəndaşı Fələstin tərəfdarı nümayişlərdə iştirak etmək, antisemitizm və terrorizmi dəstəkləməkdə ittiham olunublar. Onlara qarşı irəli sürülən ittihamlardan sonra irlandiyalılar barədə deportasiya əmri verilib və ölkəni tərk etməyə məcbur ediliblər.

Bizimyol.info xəbər verir ki, bu barədə “Irish Times” yazır.

Oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı törətdiyi terror aktı kontekstində iki irlandiyalının deportasiya əmrində iddia edilir ki, onların davranışı HƏMAS kimi terror təşkilatlarına və onun Almaniya və Avropanın digər yerlərindəki “cəbhə” strukturlarına (dolayı yolla da olsa) dəstək göstərdikləri güman edilir.

İrlandiyalılarla yanaşı, mart ayında Almaniyanın immiqrasiya qanununa əsasən, ABŞ vətəndaşı və Polşa vətəndaşı olan daha iki əcnəbi barədə deportasiya əmri verilib. Berlin immiqrasiya orqanlarının ittihamlara görə dörd nəfərə aprelin 21-dək Almaniyanı tərk etmələrini əmr edildiyi bildirilir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью