Almaniya Avropa Komissiyasının İsrailə qarşı sanksiyalar barədə təklifini rədd edir

30.08.2025

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Almaniya Avropa Komissiyasının Qəzza zolağındakı humanitar vəziyyətə görə İsrailə qarşı sanksiyaların tətbiqi ilə bağlı təklifinə qarşıdır. SİA-nın "Avropa Pravda"ya istinadən verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri (XİN) Yohann Vadeful bəyan edib.

Onun sözlərinə görə, Almaniya sanksiyaların tətbiqi ilə bağlı təkliflərin məqsədəuyğunluğuna o qədər də inanmır.

XİN başçısı vurğulayıb ki, ölkəsi bunun əvəzinə İsrailə silah tədarükünü məhdudlaşdırıb.

"Hesab edirəm ki, bu, çox məqsədyönlü bir tədbirdir və son dərəcə zəruridir", - o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью